Bakı Dövlət Universiteti

Homeaz | en | ru

Təhsil naziri rektor Abel Məhərrəmovu təşəkkürnamə ilə təltif edib

31/05/2018

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovu təşəkkürnamə ilə təltif edib. Təşəkkürnaməni rektora SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə təqdim edib.

Təşəkkürnamə Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində 2018-ci ilin mart - aprel ayları ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışlarının təşkilinə göstərilən xüsusi dəstəyə görə verilib.

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva da adıçəkilən təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, Bilik yarışı iki mərhələ və finaldan ibarət olmaqla səkkiz ali təhsil müəssisəsinin 520-dək “SABAH” tələbəsinin iştirakı ilə keçirilib. Yarışların birinci turu riyaziyyat üzrə BDU-da, müəllimlik üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, informasiya texnologiyaları üzrə isə Azərbaycan Texniki Universitetində təşkil edilib.

 

 

Bookmark and Share