Homeaz | en | ru

THİK təşkilatçılığı ilə "Müvəffəqiyyət: Şərtlər vacibdirmi?" mövzusunda təlim keçirilib

19/04/2016

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Müvəffəqiyyət: Şərtlər vacibdirmi?" mövzusunda təlim keçirilib.

Şərqşünaslıq fakültəsi THT sədri Taleh Mansurov və sədr müavini Nigar Xudiyeva büro üzvləri: Ağayeva Seyidrahilə, Mehdizadə Ulduz, Adayeva Sevinc, Cəfərli Çinarə, Məmmədov Fazil, Hümbətzadə Nigar, Rəhimov İsa, Əkbərzadə Vüsal ilə tədbirdə iştirak etmiş və öz təssüratlarını tələbələrlə bölüşmüşlər.

“Biz bu gün Şərqşünaslıq fakultəsi KVN klub tərəfindən Fəxri Ağayevin psixolgiya testi seminarında iştirak etdik. Bu seminarda"Qarşıya məqsəd qoyularsa nailiyyət əldə etmək olar" başlıca prinsip idi. Günümüzü planlı şəkildə yaşamalı, asudə vaxtımızı dəyərləndirməli, vaxtımızın boş keçməsinə icazə verməməliyik. Ən əsası çalışmasaq, səy göstərməsək, əziyyət çəkməsək qarşımızdakı məqsədə çata bilmərik. Fəxri Ağayev bu nailiyyət qazanmaq yolunda özünü nümunə göstərdi. Ümumillikdə seminar sonunda bir nəticəyə gəlindi ki, qarşıya məqsəd qoyularsa nailiyyət əldə edilər.”

Bookmark and Share