Tədris-Metodiki Şurasının növbəti iclası keçirilib
03/04/201703 aprel 2017 -ci il tarixində fakültə Tədris-Metodiki Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Tədris-Metodiki Şurasının sədri dos. Əsmətxanım Məmmədova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırmışdır. İclasda dərsə davamiyyət, tədris prosesinin təşkilində keyfiyyət və səməmrəlilik, dərs proqramlarının yenilənməsi və yeni proqramların tərtibi, dərslik, dərs vəsaiti və metodiki vəsaitlərin hazırlanması, imtahan yazı işlərinin qiymətləndirilməsi, tərcümə mətnlərinin tərtibi prinsipləri, açıq dərslərin keçirilməsi və s. məsələlər qarşılıqlı fikir mübadiləsi şəraitində müzakirə edilmişdir. Fakültə üzrə “Qrif Komissiyası” nın tərkibi namizədlərin irəli sürülməsi və açıq səs vermə yolu ilə təsdiq edilmişdir. İclasda akademik Vasim Məmmədəliyev, professor Mehdi Kazımov, professor Rüfət Rüstəmov, professor Nəsrulla Məmmədov, dos. Nərmin Sultanlı, dekan müavinləri Adil Yəhyayev və Cavanşir Məmmədzadə çıxış etmişdir.
