İsveçrəli filoloq Şərqşünaslıq fakültəsində
09/07/201608 iyul 2016 -cı il tarixdə İsveçrəli slavyanşünas Rosmarie Elmer Şərqşünaslıq fakültəsində olmuşdur. Fakültənin tədris işləri işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə qonaqla görüşmüş və onu maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılmışdır. İsveçrəli filoloq Rosmarie Elmer Şərqşünaslıq fakültəsində fars dili və fars ədəbiyyatının tədrisi metodikası, bu sahələrdə yazılmış monoqrafiyalar, dərsliklər və dərs proqramları ilə tanış olmaq istədiyini bildirmişdir. İsveçrəli slavyanşünasa bu barədə geniş məlumat verilmişdir. Xanım Rosmarie Elmer Azərbaycan Şərqşünaslığının bütün dünyada məşhur olduğunu vurğulamış, o səbəbdən bura gəldiyini bildirmişdir. Görüşdə İran filologiyası kafedrasının müəllimi f.ü.f.d. İlhamə Məmmədova da iştirak etmiş və həmkarları ilə öz fikirlərini bölüşmüşdür.
