Səudiyyə Ərəbistanı Krallığının səfiri Şərqşünaslıq fakültəsində mühazirə oxuyub
04/05/2017Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaim Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələrinə “Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələr və onların inkişaf perspektivləri” mövzusunda mühazirə oxuyub. Universitetin Beynəlxalq əlaqələr departamentinin təşəbbüsü ilə baş tutan görüşün Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov açaraq səfir Messad İbrahim Əl-Sulaimiyə mühazirə üçün minnətdarlıq edib.
Səfir Messad İbrahim Əl-Sulaimi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və beynəlxalq təşkilatlarda davamlı dəstək nümayiş etdirdiyini qeyd edib. Bildirib ki, Səudiyyə Ərəbistanı həm də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə saziş imzalayan ilk ölkələrdən biridir. Səfir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiklərini də diqqətə çatdırıb.
Sonda səfir tələbələrin çoxsaylı suallarını cavablandırıb.
