İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin əməkdaşı Şərqşünaslıq fakültəsində olub
06/03/201706 mart 2017 -ci il tarixində İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin missiya rəhbərinin müavini cənab Amir Rom Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Cənab Amir Rom fakültə dekanı prof. Elxan Əzizov və Ərəb filologiyası kafedrasının israilşünas müəllim və tələbələri ilə görüşmüşdür. Qonaqla görüşdə Şərqşünaslıq fakültəsində ibri dili, yəhudi ədəbiyyatı, İsrail mədəniyyəti və incəsənəti, İsrail etnoqrafiyası fənlərinin tədrisi, müəllim və tələbələrin uğurları və s. məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Daha sonra dekan müavini Cavanşir Məmmədzadə İsrail dövlətinin Azərbaycandakı səfirliyi ilə müxtəlif istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı müəllim və tələbə mübadiləsinin aparılması, tədrislə bağlı bir sıra birgə lahiyələrin həyata keçirilməsindən söhbət açdı. İsraildə çap olunmuş bir neçə nüsxə dərsliyi tələbələrə hədiyyə cənab Amir Rom da Azərbaycan-İsrail əlaqələrinin tarixi və inkişafı, təhsil sahəsindəki əlaqələr barədə nitq söylədi. Görüşdə Ərəb filologiyası kafedrasının dosentləri Təranə Hüseynbalayeva, Gülnarə Abdullayeva, müəllimə Gülər Qasımova da iştirak etmişdi.
