“İslam Həmrəyliyi Oyunları” ilə bağlı tələbələrlə görüş
29/03/201727 mart 2017-ci il tarixində Bakı 2017 İslam Oyunları Protokol Departamentində Təcrübə Proqramı çərçivəsində Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasının tələbələri ilə BDU-nun “Heydər Əliyev mərkəzi”ndə görüş keçirilmişdir. Görüşdə tələbələrə bu il ölkəmizdə keçiriləcək “İslam Həmrəyliyi Oyunları” barədə ətraflı məlumat verilmiş, ərəb dilini orta və ali səviyyədə bilən tələbələr könüllü qismində bu oyunlarda fəal iştirak etməyə dəvət edilmişdir. Tədbir tələbələrin sualları ilə yekunlaşmışdır.
