Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə videokonfrans keçirilib
16/04/2021Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Pandemiya və onun həyatımıza təsirləri” adı altında videokonfrans keçirilib. Konfransda fakültənin müəllim və tələbə heyəti iştirak ediblər. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini, dos. Nigar İsmayılzadə videokonfransı açıq elan edərək, dünyanı bürüyən pandemiya, onun meydana gətirdiyi problemlər, sosial izolyasiya, sağlamlıqla bağlı diqqət ediləcək həssas məqamlar barəsində məlumat vermişdir.
Ərəb filologiyası kafedrasının dosenti və fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Heybət Heybətov ölkədə Covid-19 pandemiyasına qarşı yönəldilmiş qabaqlayıcı tədbirlər, vaksinasiya prosesinin vacibliyi, tədris prosesinin bərpası üçün zəruri tədbirlər barəsində məruzə edib.
Sonra tələbələr çıxış ediblər. Fakültənin IV kurs tələbəsi, fakültə Tələbə Gənclər Təşkilatının sədri İmran Sayılov yoldaşlarını Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarlarına əməl etməyə bir daha çağıraraq, tələbələrin üzərinə düşən öhdəliklər barəsində danışıb.
Fakültənin III kurs tələbəsi, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Elnarə Həsənova pandemiyanın təhsilə olan təsirlərindən və keçən zaman ərzində tələbələrin təhsil ödənişləri ilə bağlı onlara edilən güzəştlərdən söhbət açıb.
İsrail üzrə regionşünaslıq ixtisasının II kurs tələbəsi Nihad Əliyev onlayn dərslərin keyfiyyətindən bəhs edərək, təhsildə yeni yanaşmalar və innovasiyaların tətbiqi barəsində çıxış etmiş, III kurs tələbəsi Nərmin Nuriyeva müəllimlərin onlayn keçirilən dərslərdə tələbələrə göstərdiyi qayğı, o cümlədən pandemiya dövründə mövcud olan müəllim-tələbə dialoqu barədə fikirlərini ifadə etmişdir. Videokonfransın sonunda fakültənin I kurs tələbəsi Əkbər Türbəndiyev tezliklə bütün bəşəriyyətin bu bəladan azad olması ilə bağlı xoş fikirlərini ifadə edən, müəllifi olduğu “Korona” şeirini iştirakçıların diqqətinə çatdırmışdır.

