Şərqşünaslıq, Kimya, Ekologiya fakültələrinin iştirakı ilə onlayn tədbir keçirilib
28/12/2020Bakı Dövlət Universitetinin THİK-nın təşkilatçılığı ilə Şərqşünaslıq, Kimya, Ekologiya fakültələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş "Bir olaq, Həmrəy olaq!" adlı onlayn tədbir keçirilmişdir. Tədbirə BDU THİK sədri Hacıbaba Mustafayev moderatorluq edib. Tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Şərqşünaslıq fakültəsi dekan müavini Şahin Yusifli, Ekologiya fakültəsi dekan müavini Fətəli Hüseynov və Kimya fakültəsi dekan müavini Taleh Qəhrəmanov çıxış edərək tələbələrə Həmrəylik gününün mahiyyəti barədə məlumat vermiş, dünyada yaşayan Azərbaycanlılar arasında əməkdaşlığın vacibliyini vurğulamışlar. Tələbələri cari müsabiqə və layihələr barədə məlumatlandıran BDU THİK sədri Hacıbaba Mustafayev gənclərin həmrəy olaraq Vətən müharibəsi dövründə informasiya müharibəsində aktiv iştirakından danışmışdır.
