Şərqşünaslıq fakultəsinin səkkiz nəfər tələbəsi Çinə göndərilib
28/09/20152014-2015 tədris ilində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin Çin üzrə Regionşünaslıq ixtisası üzrə təhsil alan 8 tələbəsi BDU-nun nəzdindəki Konfutsi İnstitunun vasitəsilə Çinə bir illik təcrübəyə, dil və ixtisasın təkmilləşdirilməsinə, göndərilmişdir. Onlardan altı nəfər 3-cü kurs, iki nəfəri isə 4-cü kurs tələbəsidir.
Üç tələbə, xüsusilə Lətifli Aysel, İsmayılova Elmira, Canıbəyova Ayla Şanxayda təhsil alıblar, hansı şəhər ki ölkənin mühim maliyyə və mədəniyyət mərkəzidir, eyni zamanda dünyanın ən iri dəniz limanlarından biridir. Çin dilindən savayı onlar həm də Şanxay Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində iqtisadiyyat və beynəlxalq biznes dərsi alıblar. Tələbələrimiz Şanxay Universitetində 3-cu Beynəlxalq və 9-cu Milli Mədəniyyət Festivalında ölkəmizin mədəniyyətini təbliğ etmiş eyni zamanda oxduğları universitetdəki çıxışlarında ölkəmiz haqda ətraflı məlumat vermiş və Azərbaycanın tarixi, mədəniyyəti və ənənəlari haqda danışmışlar.
Dörd nəfər tələbə Ələkbərov Anar, Binnətov Nuri, Seyidbəyli Müseyib və Süleymanlı Rəsul Çinin köhnə paytaxtlarından birində, Nankin şəhərində təhsil alıblar. 3-ü Nankin İnformasiya Elmleri və Texnalogiyaları Universitetində, biri isə Nankin Normal Universitetində təhsil alıblar.
Bir nəfər tələbə Quluzadə Səadət isə Çinin daha bir gədim kecmiş Suy sülaləsinin paytaxtlarından olmuş, Yancou şəhərinin Yancou Tibb Universitetində təhsil almışdır.
