Şərqşünaslıq fakultəsində Pakistan üzrə regionşünaslıq ixtisasının birinci kurs tələbələri bədii tədbir keçiriblər
26/12/2022Şərqşünaslıq fakultəsində Pakistan üzrə regionşünaslıq ixtisasının birinci kurs tələbələrinin "Urdu dilini öyrənirəm" adlı bədii tədbiri keçirilmişdir. Tədbirdə tələbələr urdu dilində Pakistanı tanıtım mətnləri, məşhur urdu şairi Nahid Axtarın "Mera parçam" (Mənim bayrağım) və Dağ Dehləvinin "Urdu" adlı şeirlərini səsləndirmişlər. Sonda tələbələr sözləri və musiqisi Pakistanın məşhur bəstəkar müğənnisi olan Əsəd Qureyşinin 44 günlük Vətən müharibəsində Azərbaycan Pakistan Türkiyə qardaşlığına ithaf etdiyi və Azərbaycanın şanlı qələbəsini tərənnüm edən "Qəlbim Türkiyə-Pakistandır, Canım Azərbaycandır" mahnısını səsləndirmişlər.
https://m.facebook.com/photos/viewer/?photoset_token
https://www.facebook.com/100037893411449/videos
