Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinində dəyirmi masa keçirilib

04/03/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Müharibənin əsas cəbhəsi - diplomatiya” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa Azərbaycan Respublikasının himni səsləndirildikdən sonra işinə başlamışdır. Dəyirmi masanın moderatoru Şərqşünaslıq fakültəsinin  Tələbə Elmi Cəmiyyətinin sədri Elnarə Həsənova qonaqları salamlayaraq onları təqdim etmişdir. Dəyirmi masada Bakı Dövlət Universitetinin Humanitar məsələlər və Gənclər siyasəti şöbəsinin əməkdaşları, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin elmi İşlər üzrə dekan müavini Kərəm Məmmədov, sosial məsələlər üzrə dekan müavini Kənan Vəkilov, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi, Beynəlxalq münasibətlər kafedrasının müəllimi, Eldar Cəfərov, Şərqşünaslıq fakültəsinin və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin müəllim və tələbə heyəti iştirak etmişlər.

  1. İlk olaraq Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxış edərək diplomatiya sahəsinin önəmindən və ölkə tarixində diplomatik uğurlar haqqında danışmışdır. Növbəti olaraq çıxış edən Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müəllimi, Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Heybət Heybətov dəyirmi masa ilə bağlı fikirlərini səsləndirmiş və olduqca maraqlı mövzu əsasında fikir mübadiləsini yüksək qiymətləndirmişdir. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə Şərqşünaslıq fakültəsinin Bakı Dövlət Universitetinin digər fakültələri ilə sıx əməkdaşlıq etməsindən, eyni zamanda birgə  elmi seminarlar, dəyirmi masalar və müxtəlif tədbirlər keçirtməsinin əhəmiyyətini qeyd etmiş və bu əməkdaşlığın daha da inkişaf etdirilməsini vurğulamışdır. Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi, Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov məruzəsində Azərbaycanın 44 Günlük Vətən müharibəsində qazandığı diplomatik uğurlar haqqında ətraflı şəkildə danışmışdır. Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Nigar Allahverdiyeva tarix boyu diplomatik yolla həll olunmuş müharibələr, məşhur diplomatlar haqqında slayd üzərində geniş şəkildə çıxış etmişdir. Şərqşünaslıq  fakültəsinin Regionşünaslıq (Ərəb ölkələri üzrə) IV kurs tələbəsi Nərmin Nuriyeva çıxışında Şərq ölkələrinin Azərbaycana diplomatik dəstəyinin göstəriciləri haqqında geniş şəkildə məlumat vermişdir.

Çıxışçıların məruzələri bitdikdən sonra dəyirmi masa işini yekunlaşdırmışdır.

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share