Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar kecirilib
07/12/2022Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar kecirilmişdir. Kafedranın baş müəllimi Məmmədova Ellada “Yapon dilinin tədrisində Quizlet onlayn platformasından istifadə edilməsinin üstünlükləri” mövzusunda çıxış etmişdir. Məruzəçi seminar iştirakçılarını təklif edilən platformanın istifadə edilməsilə praktik tanış etdi. Bu platformanın kontentinin ödənişli və ödənişsiz olduğunu bildirdi. Platforma üzərində mümkün olan bütün virtual və interaktiv metodlar məruzəçi tərəfindən təqdim olundu. Quizlet platforma vasitəsilə tələbələrin modul/kursuna və yaxud onlar özləri müəllimin adı vasitəsilə istinad mənbəni əldə edə bilərlər. Tədris fəaliyyəti zamanı “kartlar”, “öyrənmə”, “yazı”, “hüsnxətt”, “tələffüz”, “test”, və s. vasitələrdən istifadə imkanları vardır. Məruzəçi seminar iştirakçılarına plafforma üzərində işləmək üçün internet mənbənin linkini elan etdi: https://quizlet.com/class/17593977/.
Təqdim edilən platformanın tədris prosesindəki əsas üstünlükləri aşağıdakılardır:
- Distans tədris zamanı məqsəd və məsələlərin əldə edilməsində müasir metodikanın geniş imkanlarından istifadə
- Təhsil prosesini effektiv və interaktiv etməsi
- Tələbələrin xarici dilləri öyrənməsinin motivini yüksəltməsi
- Müəllimin peşəkarlığının yüksəlməsinə imkan yaratması
.jpg)


