Şərqşünaslıq fakültəsinin tələbəsi XXX Moskva Beynəlxalq müsabiqəsində III yeri tutub
08/11/2017Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutunda tələbələrin yapon dilində çıxışlarının XXX Moskva Beynəlxalq müsabiqəsi keçirilib.
Yaponiyanın Rusiya Federasiyasındakı səfirliyi, Yaponiya Fondu, RF və MDB ölkələri Yapon dili müəllimlərinin Assosiasiyasınını təşkilatçılığı ilə keçirilən müsabiqədə 10 ölkədən 19 nəfər iştirak edib.
Azərbaycanı XXX Moskva Beynəlxalq müsabiqəsində XVI Bakı müsabiqəsinin qalibi, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Yaponşünaslıq ixtisasının III kurs tələbəsi Xalidə Əlizadə təmsil edib və o, III yeri tutub.
![]() ![]() |
![]() |
