Şərqşünaslıq fakültəsinin tələbəsi universitetdaxili “50+50” qrant proqramı üzrə qalib olub
27/10/2018Şərqşünaslıq fakültəsi “Regionşünaslıq (Yaponiya üzrə)” ixtisasının III kurs, Azərbaycan bölməsi, 1484-cü qrup tələbəsi Əzimova Şəms Rafiq qızı “Yapon dilində nəzakətli danışıq üslubu - Keiqo (警護) və müraciət formaları” mövzusunda layihəsinə görə Universitetdaxili “50+50” qrant proqramı üzrə qalib olub.
Qeyd edək ki, Rektor akademik A.M.Məhərrəmovun 2/486 saylı 01.10.2018 –ci il tarixli əmri ilə Universitetdaxili “50+50” qrant proqramı üzrə qaliblərə 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu il iyun ayının 30-dək 9 ay müddətinə fərdi qrantlar ayrılıb.
