Şərqşünaslıq fakültəsinin tələbə-müəllim heyəti Nəsiminin 650 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər
02/10/2019
01 oktyabr tarixində Şərqşünaslıq fakültəsinin iyirmi nəfərdən ibarət müəllim-tələbə heyəti dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Baku Book Center” də keçirilən 650 illik yubileyinə həsr olunmuş ədəbi məsclisdə iştirak ediblər. Tədbirdə Nəsiminin qəzəlləri məşhur nəsimişünas alimlər tərəfindən izah edilmiş, müxtəlif təfsirlər deyilmişdir. Şərqşünaslıq fakültəsinin tələbələri qəzəllərin təfsirləri ilə tanış olmuş, tədbirdə aktiv şəkildə iştirak etmişlər.
