Bakı Dövlət Universiteti

Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri Yunus Emre İnstitutunda

17/04/2018

 

16 aprel 2018 -ci il tarixində Bakı Yunus Emre İnstitutunda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının Adana şəhər millət vəkili prof. Necdet Ünüvar "Liderlik təlimi: dövlət idarəçiliyi" adlı konfransda tələbələrə mühazirə oxumuşdur. Konfransda Türkiyə üzrə regionşünaslıq ixtisasının tələbələri fəal iştirak etmişdir. Bundan əlavə, Ədalət və İnkişaf Partiyasının İstanbul şəhər millət vəkili Nurettin Nebati, Iğdır şəhər millət vəkili Nurettin Aras, Milliyət Xalq Partiyasının Ərzurum şəhər millət vəkili Kamil Aydın və Cümhuriyyət Xalq Partiyasının Artvin millət vəkili Uğur Bayraktutan konfransda çıxış etmişdir. Natiqlər Türkiyə Cumhuriyyətilə  Azərbaycan Respublikası arasında günü-gündən artan siyasi, iqtisadi əlaqələrdən, qazanılan nailiyyətlərdən və beynəlxalq əməkdaşlıqdan geniş söhbət açmışlar. Tədbirin sonunda tələbələrlə xatirə şəkli çəkilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share