Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri YUNESKO-nun 43-cü sessiyası boyu könüllülük fəaliyyəti göstəriblər

25/07/2019

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, dəyərli abidələrə dair qərarlar qəbul edən ən mötəbər təşkilat hesab olunur. 30 iyun-10 iyul tarixlərində Bakı şəhərində keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında 180-dan artıq ölkədən olan 2000 –dən çox nümayəndə iştirak etmişdir. Şərqşünaslıq fakültəsindən sessiyanın fəaliyyətində, qonaqların qarşılanması, müşayiəti və tərcüməsində könüllü şəkildə tələbələr iştirak etmişlər. Belə ki, “Regionşünaslıq (ərəb ölkələri üzrə)” və “Filologiya (ərəb dili və ədəbiyyatı) ixtisasları üzrə I, II və III kurs tələbələri Ağazadə Lamiyə, Sayılov İmran, Pərvazlı Heydər, Əliyeva Lalə, “Regionşünaslıq (Yaponiya üzrə) ixtisasının II kurs tələbəsi Əlizadə Şəms, “Tərcümə (ərəb dili üzrə) ixtisasının II kurs tələbələri Zeynalova Əsmər, Şükürova Rəhimə, Abbaslı Ülkər, Regionşünaslıq (Koreya üzrə)  ixtisasının II kurs tələbəsi Hüseynova Dürdanə qonaqların qarşılanmasında, könüllülük və tərcüməçilik işlərində fəaliyyət göstərərək, sertifikatla mükafatlanmışlar.

 

 

 

Bookmark and Share