Şərqşünaslıq fakültəsinin tələbələri Yaponiyanın Qunma Universitetində təhsil alacaqlar
23/09/2022Şərqşünaslıq fakültəsi Regionşünaslıq (Yaponiya üzrə) ixtisasının III kurs tələbələri Mədinə Nuruşova, Nuray Rəsulzadə və Ülviyyə Nəzərova bir il ərzində Yaponiyanın Qunma Universitetində təhsil alacaqlar.
Bu, BDU ilə Qunma Universiteti arasında mövcud olan əməkdaşlıq müqaviləsinə əsasən həyata keçiriləcək. Tələbələr bir il ərzində Qunma Universitetində yapon dili, Yaponiya tarixi və mədəniyyətini öyrənəcək, bu ölkənin adət-ənənələri və yaşayış tərzi ilə tanış olacaqlar.
