Şərqşünaslıq fakültəsinin tələbələri XİN-in “diplomatiya könüllüləri” sırasında
09/07/20198 iyul 2019-cu il tarixində Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə ADA Universitetində beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak etmişlər. Şərqşünaslıq fakültəsinin tələbələri də diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş bu konfransda könüllü qismində çıxış etmişlər. Nəzərə çatdırmaq lazımdır ki, ayrı-ayrı şöbələri təmsil edən, ən yüksək göstəricilərə malik olan 10 tələbə cari ilin may ayından etibarən Şərqşünaslıq fakültəsindən Xarici İşlər Nazirliyinin xətti ilə "Diplomatiya könüllüləri" ictimai hərəkatında iştirak etməkdədir.
