Şərqşünaslıq fakültəsinin tələbələri Xarici İşlər Nazirliyində olublar
25/11/2019
Şərqşünaslıq fakültəsinin tələbə və müəllim heyəti Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə Xarici İşlər Nazirliyində olublar. Heyətə fakültənin sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli, İran filologiyası kafedrasının müəllimi Eldost İbrahimov və fakültənin bütün ixtisaslarından olmaqla otuz tələbə daxil edilib. Fakültə heyətini nazirlikdə XİN-nin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva qarşılamış, onları “Diplomatiya muzey”inə dəvət etmişdir. Tələbələr muzeydə Azərbaycan Respublikasının diplomatiya tarixi ilə tanış olmuş, xatirə şəkilləri çəkdirmişdir. Bundan sonra tələbələr şərq ölkələri üzrə müvafiq idarə rəislərinin rəhbərliyi ilə toplantıda iştirak ediblər. Şərqşünaslıq fakültəsinin profili nəzərə alınmaqla “Təhlil və Strateji araşdırmalar”, “Yaxın şərq və Afrika” eləcə də “Uzaq şərq” idarələrinin rəisləri Azərbaycan və şərq ölkələrinin münasibətləri, Dağlıq Qarabağ problemi, müasir diplomatiyamızda şərqşünasların rolu barədə çıxışlar ediblər. Çıxışlardan sonra toplantının interaktiv hissəsi olub. Tələbələrin sualları diplomatlar tərəfindən cavablandırılıb.
