Şərqşünaslıq fakültəsinin tələbələri Vətən müharibəsi qaziləri ilə görüşüblər
05/11/2022Şərqşünaslıq fakültəsinin tələbələri Vətən müharibəsi qaziləri ilə görüşüblər.
05 noyabr 2022-ci il tarixində "Zəfər günü" tədbirləri çərçivəsində Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Zəfərə aparan yolda xatirələr" adlı görüş keçirilib. Görüşdə Vətən müharibəsi qaziləri baş leytenant Pərvin Abdullayev və Məhəmməd Əliyev, fakültə rəhbərliyi və tələbələr iştirak ediblər. Qazilər öz həyat və fəaliyyətləri, keçdikləri döyüş yolu, müharibə xatirələri barədə danışıb, gənclərə məsləhətlər veriblər. Tələbələrin sualları əsasında geniş fikir mübadiləsi aparılıb. Müharibə, şəhidlər, qazilər və zəfər kontekslərində aparılan söhbətlərdə qazilərin fikri dinlənilib. Fakültənin dekanı dosent Aydan Xəndan və dekan müavini Şahin Yusifli qazilərə təşəkkür ünvanlayıb, onların fəaliyyətinin böyük bir tarix təşkil etdiyi, Azərbaycanın istiqlaliyyət və mübarizə tarixinə qızıl hərflərlə yazıldığı, gənclərə böyük məktəb olduğu, xatirələrdə daim yaşayacaqları bildirilib. Şəhidlərə rəhmət və qazilərə can sağlığı arzu edildikdən sonra görüş yekunlaşdırılıb.
