Şərqşünaslıq fakültəsinin tələbələri Türkiyə Cumhuriyyətinin Karabük Universitetində
06/07/2018Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Türkiyə üzrə)” ixtisasının tələbələri Günel Ağasəfazadə və Sabir Nurməmmədli Türkiyə Cumhuriyyətinin Karabük Universitetinin “Türk dili və ədəbiyyatı”fakültəsində magistratura təhsil səviyyəsi üzrə ali təhsil almaq hüququ qazanıb. Tələbələr bir il Karabük Universitetində, sonra isə Sakarya Universitetində təhsil almışlar. Türkiyəli müəllimlər prof. Ahmet Bican Ercilasun, Prof. Tuncer Gülensoy, Prof. İsmayıl Bizzat və b. fakültəmizin məzunlarının istedad və bacarığından böyük məmnunluq ifadə etmişlər.
