Şərqşünaslıq fakültəsinin tələbələri “Seçmə fən” lər bloku üzrə seçim edib
06/07/2017
03-05 iyul 2017 -ci il tarixlərində Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Koreya və Çin üzrə “Regionşünaslıq” ixtisasının Azərbaycan və rus bölmələrinin birinci və üçüncü, “Filologiya” (Şərq dili və ədəbiyyatı) ixtisasının birinci kurs tələbələri 2017-2018-ci tədris ili üçün “Seçmə fən”lər bloku üzrə fənn seçimi etmişlər.
Məsələ ilə əlaqədar keçirilən iclasda dekan müavini Cavanşir Məmmədzadə tələbələri 2017-2018-ci dərs ilinin tədris planı ilə tanış etmiş, “Seçmə fən”lər blokundakı müvafiq fənlərin xüsusiyyəti barədə ətraflı söhbət aparmışdır. “Seçmə fənn” blokunda aşağıdakı fənlər yer almışdır:
N |
II kurs |
IV kurs |
1. |
Fəlsəfə |
Azərbaycan Respublikasının Konstitusiyası |
2. |
İqtisadiyyat |
Sosiologiya |
3. |
Politologiya |
Mədəniyyətşünaslıq |
4. |
Mədəniyyətşünaslıq |
Genderə giriş |
5. |
Genderə giriş |
|
Fənn seçimində ümumilikdə (I-III kurslar üzrə) Azərbaycan bölməsində 237 nəfər, rus bölməsində isə 55 nəfər tələbə iştirak etmişdir. Tələbələr müvafiq fənnin seçimi üçün könüllü surətdə ərizə ilə müraciət etmişlər. İclas tələbələrin suallarının cavablandırılması ilə yekunlaşmışdır.
