Şərqşünaslıq fakültəsinin tələbələri İran İslam Respublikasında
16/09/201614-20 avqust 2016-ci il tarixlərindən İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Şərqşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “5-ci Fars dili” olimpiadasının qaliblərinin həmin ölkəyə səfəri təşkil olunmuşdur. Səfərdə Şərqşünaslıq fakültəsinin Azərbaycan və rus bölmələri üzrə 10-a yaxın tələbəsi iştirak etmişdir. Tələbələr Təbriz Universitetində qısa tədris kursunda iştirak etmişdir. Həmin kursda onlara iranlı müəllimlər tərəfindən aşağıdakı fənlərdən 15 saat həcmində mühazirələr oxunmuşdur:
- Fars dilinin tarixi
- Fars dilinin orfoqrafiya və qrammatikası
- Fars dilinin normaları
- Mənbəşünaslıq
- Fars dilli lüğət və ensiklopediyalarla
- Sədişünaslıq
Kursu müvəffəqiyyətlə başa vuran tələbələrə xüsusi sertifikatlar verilmişdir. Bundan əlavə, tələbələr Təbrizin bir sıra mədəni-tarixi yerlərinə də səyahət etmişdir. Tələbələrin İran səfərinə fakültənin bir neçə müəllimi də qatılmışdır
