Şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibləri sırasında
06/06/201614 aprel 2016 -cı il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Şərqşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “5-ci Fars dili” olimpiadasının nəticələri elan olundu. İbtidai, orta və ali səviyyələr üzrə təşkil olunmuş olimpiadada 125 nəfər tələbə iştirak edirdi. Fənn olimpiadasına ölkənin bir sıra dövlət və özəl ali məktəblərinin tələbələri, eləcə də fars dilini fərdi şəkildə öyrənən şəxslər qatılmışdılar. Tələbələrin biliyi fars dilinin qrammatikasına dair test tapşırıqları, imla, tərcümə və inşa mövzuları üzrə yoxlanılmışdır. Olimpiadanın nəticələri görə ali səviyyə üzrə I yeri Şərqşünaslıq fakültəsinin məzunu Mais Ağaverdiyev, magistrant Röya Gözəlova və rus bölməsinin III kurs tələbəsi Sultan Lətifli tutmuşdur. Qaliblər xüsusi diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Yüksək nəticə göstərən namizədlərin təltifatlandırılma mərasimində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri İbrahim İbrahimi, Bakıda rəsmi səfərdə olan İran İslam Respubklikasının Mədəniyyət və İslami Əlaqələr təşkilatının sədri Əbuzər İbrahim Türkəman, AMEA-nın vitse-prezidenti akad. İsa Həbibbəyli, AMEA Əlyazmalar İnstitutunun direktoru akad. Teymur Kərimli, fakültənin bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə, İran filologiyası kafedrasının əməkdaşları kafedra müdiri prof. Mehdi Kazımov, Nüşabə Əlizadə, Əsmətxanım Məmmədova, Leyla Məmmədova, Maya Fərəcova və digər universitetlərin müəllimləri iştirak etmişdir.
