Şərqşünaslıq fakültəsinin tələbələri nitq müsabiqəsinin qalibləri olub
14/05/2021
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Bakı Seconq Dil məktəbində Koreya dili nitq müsabiqəsi keçirilmişdir. Nitq yarışması üç mərhələdə keçirilib. İlkin mərhələni uğurla başa vuran 8 tələbə finalda iştirak etmək hüququ qazanıb. Finalda iştirak etməyə haqq qazanan iştirakçılardan üçü BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələridir. Nitq yarışmasında I yerə Nuranə Abbasova, II yerə isə Nigar Bəkirova layiq görülüb.
Müsabiqənin son mərhələsi dünyanın müxtəlif ölkələrində finala yüksəlmiş tələbələrin iştirakı ilə Koreyada keçiriləcəkdir.
