Şərqşünaslıq fakültəsinin tələbələri may ayında Qətərdə keçiriləcək tədbirdə ölkəmizi təmsil edəcəklər
21/04/2021Şərqşünaslıq fakültəsinin IV kurs tələbələri İmran Sayılov və Heydər Pərvazlı 2021-ci ilin may ayında Qətərdə keçiriləcək “Beynəlxalq Könüllü Gənclər Forumu - 2021” layihəsində ölkəmizi təmsil edəcəklər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, forum 2014-cü ildən etibarən Ərəb Könüllü İş Federasiyası tərəfindən hər il dünyanın 45-dən çox ölkəsinin iştirakı ilə təşkil edilir. Forumun əsas məqsədi gənclər arasında könüllülük mədəniyyətini yaymaq, müxtəlif ölkələrin könüllülük modelləri və layihələri ilə tanış olmaq, eyni zamanda, COVID-19 pandemiyası dövründə könüllülük hərəkatını təşviq etməkdir.
