Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri “İlin ən yaxşı tələbələri” sırasında

27/02/2019

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Təntənəli tədbiri açan Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov ölkədə gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından bəhs edib. Sonra  F.Qurbanov "İlin ən yaxşı tələbəsi" adını qazanmış tələbələri təbrik edib, onları universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində, ölkəmizin inkişafında, onun modernləşdirilməsində daha fəal olmağa çağırıb.

Tədbirdə “İlin ən yaxşı tələbələri” müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər. Tələbələr yüksək təhsil göstəriciləri və liderlik keyfiyyətlərinə, yerli və beynəlxalq səviyyəli elmi konfranslarda, elmi jurnallarda sanballı elmi araşdırmalarla çıxış etdiyinə, universitetin və respublikanın ictimai həyatında fəal iştirak edib, vətənpərvərlik, təssübkeşlik nümayiş etdirdiyinə və liderlik keyfiyyətlərinə, mədəniyyət, incəsənət sahəsində qazandığı uğurlarına, yerli və beynəlxalq səviyyəli idman yarışlarında əldə etdiyi yüksək nəticələrinə görə mükafatlandırılıblar.

Şərqşünaslıq fakültəsindən Taleh Mansurov, Nigar Bağırlı, İbrahim Babayev, İsmət Musayev, Samirə Mərdanlı, Tuqay Bağırov “İlin ən yaxşı tələbələri” olaraq mükafatlandırılıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share