Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri “İlin ən yaxşı tələbələri” sırasında

11/02/2017

 

Bakı Dövlət Universitetində 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü idə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaradıb.  Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə keçirilir.

Sonda rektor akademik Abel Məhərrəmov Şərqşünaslıq fakültəsinin “İlin ən yaxşı tələbəsi” adını qazanmış tələbələrini təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib.
































Bookmark and Share