Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri Gürcüstanda

21/06/2017

 

15-17 iyun 2017-ci il tarixlərində Gürcüstanın Tiflis şəhərində  koreyaşünaslıq üzrə tələbələrin 3-cü Qafqaz elmi konfransı  keçirilib. Bu konfrans 2015-ci ildən başlayaraq, mütəmadi olaraq Azərbaycan, Gürcüstan və Ermənistandan olan koreyaşünas müəllim və professorların iştirakı ilə təşkil olunur. 2016-cı ildən başlayaraq hər 3 ölkənin tələbələrinin iştirakı ilə “Koreya dili natiqlik müsabiqəsi” keçirilir. Bu ilki tədbirdə Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Koreya üzrə)” ixtisasının iki nəfər tələbəsi “Natiqlik müsabiqəsi” ndə iştirak etmişdir. Bundan əlavə, həmin konfransa Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dos.Oqtay Cəlilbəyli, Koreya ədəbiyyatı müəlliməsi Vüsalə Həsənova, Afrika və Asiya ölkələri kafedrasının müdiri dos. İqbal Ağayev də dəvət almışdı.

 

 

Bookmark and Share