Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri Cənubi Koreyada

06/03/2019

 

Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Koreya üzrə)” ixtisasının tələbələri Ayişən Məcidli (3-cü kurs) və Aynurə Allahyarova (4-cü kurs) tələbə mübadiləsi proqramı çərçivəsində bir ay müddətində Cənubi Koreyanın Sungkyunkwan Universitetində olublar. Beynəlxalq proqramda dünyanın 28 ölkəsindən (Bolqarıstan, Macarıstan, Almaniya, Rusiya, Çin, Yaponiya və s.) 166 nəfər xarici tələbə iştirak edib. Proqram çərçivəsində tələbələr koreya dilini təkmilləşdirmə kursu keçmiş, iqtisadiyyat, fəlsəfə, hüquq, ədəbiyyat və s. elm sahələri üzrə tanınmış professorların mühazirələrini dinləmişlər. Kursun sonunda tələbələrə  Sungkyunkwan Universitetinin setifikatı təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share