Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri BMT Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunda

11/05/2016

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fərqlənmiş 17 tələbəsi 2016-cı il 25-27 aprel tarixlərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunda fəal iştirak etmişdir.
“İnkluziv cəmiyyətlərdə birgə yaşama çağırış və məqsəd” devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə təxminən 2000 qonaq qatılıb.
Forum çərçivəsində 2 plenar və 16 panel iclas keçirilib. İclaslarda ekspertlər inkluziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzular müzakirə olunub.
Şərqşünaslıq fakültəsinin ərəb ölkələri, Çin və Koreya üzrə regionşünaslıq ixtisaslarının tələbələrindən Quluzadə Taleh, Səmədli Günəş, Nəsirov Ceyhun, Əhədov Anar, İsmayılov Nicat, İsmayılova Elmira, Lətifli Aysel, Novruzlu Orxan, III kurs tələbələri Şahgəldiyev Salman, Namazov Şahin, Səfərov Bilal, Aşiqov Bayram, Niftəliyev Hüseyn, Əlizadə Əli, Eldarova Sənubər, Həsənova Aynur və İsmayılov Elnur tədbirdə iştirak ediblər. Könüllülərin bu tədbirdə fəal iştirakını nəzərə alan Mədəniyyət və Turizm Nazirliyi bütün könüllülər üçün ziyafət tədbiri təşkil etmişdi. Həmin mərasimdə hər bir könüllüyə tədbirinin keçirilməsində göstərdiyi dəstəyə və köməyə görə təşəkkür elan olunmuş və sertifikatlarla təltif edilmişdir.























































 

Bookmark and Share