Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyində olublar

07/05/2018

04 may 2018 ci il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə birinci kurs tələbələri Ərəb filologiyası kafedrasının baş müəllimi f.ü.f.d. Könül Eyvazovanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyində olmuşlar.

Səfirlikdə tələbələrə Birləşmiş Ərəb Əmirliklərinin yaranması, tarixi və inkişafı ilə bağlı film nümayiş etdirilmiş, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səlahiyyətli səfiri cənab Muhamməd əl-Qubaisinin ölkənin tarixi, mədəniyyəti, inkişafı, BƏƏ iləAzərbaycan Respublikası arasında elmi, mədəni, iqtisadi əlaqələri haqqında muhazirəsi olmuşdur. Sonra mühazirə ətrafında fikir mübadiləsi aparılmış, cənab səfir tələbələri maraqlandıran suallara cavab vermişdir. Görüşün sonunda səfirlik  tərəfindən tələbə və müəllim heyətinə xatirə hədiyyələri təqdim edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share