Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində olublar

10/04/2019

Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (ərəb ölkələri üzrə)” ixtisasının IV kurs tələbələri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində olublar. Onlar eksponatlarla tanış olmuş, muzeyin yaranma tarixi barədə məlumat almışlar. Antik dövrə aid sənət nümunələri, rəsm əsərləri və heykəltəraşlıq kolleksiyası ziyarətçilərin xüsusi diqqətinə səbəb olub. Tur rəhbəri, Ərəb filologiyası kafedrasının dosenti Vüqar Qaradağlı qədim Misir heykəltəraşlığı haqqında tələbələrə ərəbcə məlumat verib.

 

 

Bookmark and Share