Şərqşünaslıq fakültəsinin tələbələri Azərbaycan Dillər Universitetində
27/05/2019
Şərqşünaslıq fakültəsi “Regionşünaslıq (İsrail üzrə)” ixtisasının bir qrup tələbəsi Azərbaycan Dillər Universitetinin “İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzi”ndə təşkil olunmuş seminarda iştirak edib. Seminarda İsrail dövləti Xarici İşlər Nazirliyinin diplomatları xanım Şifra Veys və cənab Doron Peer “İsrail dövlətində sosial vəziyyət” və “İsrailin xarici siyasəti” mövzusunda maraqlı məruzələrlə çıxış etmişlər.
