Şərqşünaslıq fakültəsinin tələbələri arasında “Xəmsə” intellektual oyunu start götürüb
05/10/2019
06 oktyabr tarixində Şərqşünaslıq fakültəsinin birinci kurs tələbələri arasında İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş "Xəmsə" intellektual oyunu start götürüb. Öz rəqabətliliyi və şəffaflığı ilə seçilən yarış tələbələr tərəfindən coşğu ilə qarşılanıb.
İntellektual oyunun ilk günündə hər biri 5 nəfərdən ibarət olmaqla 6 komanda mübarizə aparıb. Yarışda ilkin olaraq “Regionşünaslıq” ixtisasının ərəb ölkələri, İsrail və “Tərcümə (fars dili)” ixtisasının tələbələri qarşılaşıblar. “Tərcümə (fars dili)” ixtisasının komandası yüksək performans göstərərək, yarışı birinci yerdə tamamlayıb. Yarışın növbəti cütlükləri, “Regionşünaslıq” ixtisasının Koreya, Yaponiya və Türkiyə üzrə təhsil alan tələbələri olublar. Bu üç komanda arasından isə Koreya üzrə regionşunaslarin komandası yarışı qalıb qismində tamamlayıb. Yarış qalib və məğlub komandalar üçün intellektual bacarıqların artırılması, tələbələrarası əlaqələrinin genişlənməsi, onların ictimailəşməsi baxımından effektiv olmuşdur. Qarşıdakı həftə digər ixtisaslar növbəti tur uğrunda mübarizə aparacaqlar.
