Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri arasında intellektual oyunun final mərhələsi keçirilib

04/12/2021
Şərqşünaslıq fakültəsinin tələbələri arasında keçirilən "Xəmsə" intellektual oyununun final mərhələsi keçirilib.
4 dekabr 2021-ci il tarixində Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Xəmsə”intellektual oyunun fakültə üzrə final mərhələsi keçirilib. Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən Tərlan Məlikov, dekan müavinləri Şahin Yusifli və Nigar İsmayılzadənin iştirakı ilə həyata keçirilən final mərhələsində yarımfinala yüksəlmiş komandalar arasında intellekt mübarizəsində "İmarət" komandasının üzvləri qalib gələrək, diplomlarla təltif olunublar.
Bookmark and Share