Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tələbələri ”Ana harayı” abidəsini ziyarət ediblər

25/02/2023
Şərqşünaslıq fakültəsinin tələbələri "26 fevral Xocalı soyqırımı günü" ilə əlaqədar "Ana harayı" abidəsini ziyarət ediblər. 26 fevral 1992-ci il Azərbaycan xalqının tarixində ən ağrılı və qanlı səhifələrdən biri - Xocalı soyqırımı günüdür. Soyqırım qurbanlarının yad edilməsi Şərqşünaslıq fakültəsinin tələbələri üçün ən müqəddəs vəzifələrdən biridir. Bu il də hər il olduğu kimi fakültə tələbələri könüllülərin təşkilatçılığı ilə abidəyə ziyarət ediblər. Xocalı prospektindən abidəyə qədər yürüş edilib, abidə qarşısına güllər qoyulub, Xocalı qurbanlarının ruhu qarşısında ehtiram duruşu edilib. Fakültə tələbələrinin Ana abidəsinə ziyarəti Xocalı qurbanlarının heç zaman unudulmayacağına, ruhlarının əbədi olaraq hörmət və rəhmətlə anılacağına işarədir.
Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

Bookmark and Share