Şərqşünaslıq fakültəsinin tələbələri “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpoziumda iştirak edib
02/03/201702 mart 2017-ci il tarixində Bakı Dövlət Universitetində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçirilmişdir. Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutmuş tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyənin “Türk dili” qurumunun rəhbəri, professor Mustafa S.Kaçalin, Bayburt Universitetinin rektoru, professor Selçuk Coşkun, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbek Koylibayev, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım çıxış etmişdir. Tədbirdə həmçinin Dədə Qorqud bəstələri səsləndirilmişdir.
