Şərqşünaslıq fakültəsinin Tələbə-Həmkarlar İttifaqı Komitəsinə seçkilər keçirilib
15/10/2018
Cari ildə Şərqşünaslıq fakültəsi Tələbə-Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat seçki iclası keçirilib. Tələbə-Həmkarlar İttifaqı Komitəsinin iclasında fakültə dekanı prof. Elxan Əzizov, dekan müavinləri Hüseyn Sadıqov və Cavanşir Məmmədzadə, THİK-in sədri Daşqın Qənbərov, THİK-in sədr müavini M.Talıbov, qrup nümayəndələri, büro üzvləri, eyni zamanda qonaq qismində bir neçə fakültənin sədrləri iştirak edirdilər. Şərqşünaslıq fakültəsi Tələbə-Həmkarlar İttifaqı Komitəsi sədri və büro üzvlərinin bir neçəsinin IV kursu bitirməsilə əlaqədar yeni seçkilərin keçirilməsi təklif olundu. Prof. Elxan Əzizov BDU-nun tələbə təşkilatları və onların fəaliyyəti, universitetin ictimai-mədəni həyatındakı rolu, THİK-in sədri Daşqın Qənbərov Həmkarlar təşkilatı və seçki qaydaları haqqında iştirakçılara ətraflı məlumat verdi.
İclasda təşkilatın yeni bürosu formalaşdırıldı və sədri seçildi. Səsvermə yolu ilə Şərqşünaslıq fakültəsi Tələbə-Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə “Filologiya (türk dili və ədəbiyyatı)” ixtisasının III kurs tələbəsi İbrahim Ehtibar oğlu Babayev seçildi. Büro üzvlüyünə namizədliyi irəli sürülən 8 tələbənin adı açıqlandı. İ.E.Babayev çıxış edərək, ona göstərilən etimada görə fakültə rəhbərliyinə və tələbə yoldaşlarına minnətdarlığını bildirdi.
