Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı qənaətbəxş hesab edilib

18/11/2016

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Elmi Şurasının  27 oktyabr 2016-cı il tarixli iclasında fakültə Tədris-Metodiki Şurasının (TMŞ) 2015-2016-cı tədris ili üçün hesabatı dinlənilib. Hesabat məruzəsi ilə TMŞ-nin sədri, dosent Əsmətxanım Məmmədova çıxış edib. Şura üzvlərindən Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov hesabat ətrafında müzakirələrdə iştirak edib və onu müsbət qiymətləndiriblər. İclasın sonunda BDU-nun TMŞ-nın sədri, akademik Vasif Babazadə çıxış edib, Şərqşünaslıq fakültəsi TMŞ-nin sədri, dosent Əsmətxanım Məmmədovanın 2015-2016-cı tədris ili üçün hazırladığı hesabatı qənaətbəxş qiymətləndirib.

 

Bookmark and Share