Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

29/10/2019

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədr müavini Vaqif Qasımov, şura üzvü Knyaz Aslan, fakültənin professor-müəllim heyəti və tələbələr  iştirak edib.  Elmi Şuranın sədri, dekan, professor Elxan Əzizov gündəlikdəki əsas məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Əvvəlcə fakültə Tədris-Metodiki Şurasının sədri professor Mehdi Kazımovun hesabatı dinlənilib. Məruzəçi TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra cari ildə görülmüş işlər barədə danışıb. TMŞ-nin xətti ilə fakültə üzrə 61 nəfər müəllimin dərsinin qiymətləndirildiyi, dərslik, dərs vəsaiti, proqram təminatı sahəsindəki yeniliklər nəzərə çatdırılıb. Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, dekan müavinləri Adil Yəhyayev, Cavanşir Məmmədzadə, Elmi Şura üzvlərindən Əsmətxanım Məmmədova, Bənövşə Hacıyeva TMŞ-nin illik fəaliyyəti barədə müxtəlif rəy və təkliflərlə çıxış ediblər. Professor Mehdi Kazımovun hesabatı BDU-nun Tədris-Metodiki Şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilib. Sonda Elmi Şura üzvlərinin səsverməsi ilə Şərqşünaslıq TMŞ-nin 2018-2019-cu tədris ili üçün hesabatı qəbul edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share