Şərqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib
25/10/2018Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədri akademik Vasif Babazadə, şuranın üzvü professor Cahangir Məmmədli və fakültənin professor-müəllim heyəti iştirak edib. Elmi Şuranın sədri, dekan professor Elxan Əzizov gündəlikdəki əsas məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Əvvəlcə fakültə Tədris-Metodiki Şurasının sədri professor Mehdi Kazımovun hesabatı dinlənilib. Məruzəçi TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra cari ildə gördüyü işlər barədə danışıb. TMŞ-nin xətti ilə fakültə üzrə 54 nəfər müəllimin dərsinin təşkili və keyfiyyətinin yoxlanılaraq, qiymətləndirilməsi, dərslik, dərs vəsaiti, proqram təminatı sahəsindəki yeniliklər nəzərə çatdırılıb. Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə TMŞ-nin illik fəaliyyəti barədə müxtəlif rəy və təkliflərlə çıxış etmişlər. Professor Mehdi Kazımovun hesabatı BDU-nun Tədris-Metodiki Şurasının üzvləri tərəfindən yüksək qiymətləndirib. Sonda Elmi Şura üzvlərinin səsverməsilə Şərqşünaslıq TMŞ-nin 2017-2018-ci tədris ili üçün hesabatı qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.
