Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini C.N.Məmmədzadə konfransda çıxış edib
22/11/201614-15 noyabr 2016 -ci il tarixlərində AMEA-da I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq konfransda C.N.Məmmədzadə “Ortaq ünsiyyət dili və terminologiya” bölməsində “Müasir fars dilinin lüğət tərkibinin zənginləşməsində Azərbaycan-türk sözlərinin rolu” adlı məruzə ilə çıxış etmişdir. Natiqin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanmış və mövzu ilə bağlı verilən suallar ətraflı cavablandırılmışdır.
