Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini beynəlxalq elmi festivalda iştirak edib

01/04/2019

“Pərvin Etesami” festivalı Şərqi Azərbaycan vilayətinin ümumi 100 kitabxanasında şairənin əsərlərinin, onun haqqında yazılmış monoqrafiya və müxtəlif kitabların nümayişi, Pərvin Etesaminin şeirlərindən ibarət kalliqrafiya və rəsm sərgiləri, şeir gecəsi və musiqi məclisləri, bölmə iclaslarının təşkilindən ibarət olub. Konfrans materiallarının toplusu da daxil olmaqla, Pərvin ədəbi şəxsiyyətinə həsr olunmuş altı kitab işıq üzü görüb. Şairənin azərbaycan dilinə tərcümə edilmiş bir sıra seçilmiş şeirləri “Ləldən parlaq” adı altında nəşr olunub.

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini, İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadə “Pərvin Etesami” beynəlxalq festivalında Təbriz Universitetinin professoru xanım Bağerinin sədrlik etdiyi bölmə iclasında “Pərvin Etesaminin həyat və yaradıcılığının Azərbaycan Respublikasında öyrənilməsi” mövzusunda həm fars, həm də Azərbaycan dillərində geniş məruzə ilə çıxış edib. Bundan əlavə, beynəlxalq festivalın ikinci bölmə iclasına rəhbərlik Cavanşir Məmmədzadəyə həvalə olunub. Həmin bölmə iclasında on nəfər alimin məruzəsi dinlənilib.

İran İslam Respublikasının bir sıra hökumət rəsmiləri, dövlət məmurları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, tanınmış alim, şair, yazıçı, incəsənət xadimləri, tələbə və doktorantların iştirakı ilə baş tutan bağlanış mərasimində “Pərvin Etesami” beynəlxalq festivalının işində fəal iştirakına, dolğun və məzmunlu məruzəsinə görə Azərbaycan Respublikasından Cavanşir Məmmədzadə “Təşəkkürnamə” ilə mükafatlandırılıb. Xüsusi diplomu Cavanşir Məmmədzadəyə izdihamlı alqış sədaları altında İran İslam Respublikasının Mədəniyyət və islami istiqamətləndirmə nazirinin müavini cənab Möhsün Cavadi təqdim edib.

Qeyd edək ki, həmin xüsusi diploma tədbirin elmi katibliyinin yekdil qərarı ilə məqaləsi üstün bilinən yalnız dörd nəfər məruzəçi layiq görülüb. Cavanşir Məmmədzadənin Türkiyə, Pakistan və Banqladeşdən olan alimlərlə bir sırada yüksək səviyyədə təltifatlandırılması, beynəlxalq festivalın xüsusi dərgisində əsasən onun sədrlik etdiyi bölmə iclasından fotoların paylaşılması həmyerlilərimizin böyük sevincinə səbəb olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share