Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə birinci kurs tələbələri Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar

12/11/2016

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə birinci kurs tələbələri Ərəb filologiyası kafedrasının müəllimi f.ü.f.d. Könül Eyvazovanın rəhbərliyi ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olmuşlar. Mərkəzin müdiri Əhməd Sami Elaydi tələbələri qəbul etmiş, Misir-Azərbaycan elmi və mədəni əlaqələrindən söhbət açmış, mərkəzin fəaliyyəti haqqında geniş məlumat vermişdir. Tələbələr Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası, auditoriyaları, konfrans zalı və sərgi otaqları ilə tanış olmuşlar. Görüşün sonunda mərkəz tərəfindən tələbələrə xatirə hədiyyələri təqdim edilmişdir



Bookmark and Share