Şərqşünaslıq fakültəsinin “Red Sakura” komandası intellektual yarışmada qalib olub
12/03/2016
12 mart 2016 -cı il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlat İttifaqı komitəsi və İn Clubun birgə layihəsi olan intellektual yarışma keçirilmişdir. Breyn Rinqdə universitetdaxili 40 komanda arasında Şərqşünaslıq fakültəsini təmsil edən Red Sakura komandası ilk üçlükdə qalib olaraq, üçüncü yeri tutmuşdur. Fakültəni bu intellektual oyunda aşağıdakı tələbələr təmsil etmişdir:
- Qasımzadə Mətin Vüqar o.- Regionşünaslıq (ərəb ölkələri üzrə) – I kurs
- Rəsulova Raziyə Elşad q. - Regionşünaslıq (Türkiyə üzrə) – I kurs
- Cahidli Gülşən Tahir q. - Regionşünaslıq (Yaponiya üzrə) – I kurs
- Ağarzayev Camal Hafiz o. - Regionşünaslıq (Çin üzrə) – III kurs
- Verdiyev əmiraslan İsmayıl - Regionşünaslıq (Türkiyə üzrə) – III kurs
Nəsirli Ceyhun Akif o. - Regionşünaslıq (ərəb ölkələri üzrə) – IV kurs
