Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının bir qrup əməkdaşı “Xüsusi diplom”larla təltifatlandırılıb
06/06/201626 may 2016 -cı il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanda Respublikasında fars dili və ədəbiyyatının tədrisində və çoxşaxəli tədqiqindəki əvəzsiz xidmətlərinə görə İran filologiyası kafedrasının əməkdaşları – kafedra müdiri prof. Mehdi Kazımov, dosentlər Nüşabə Əlizadə, Əsmətxanım Məmmədova, baş müəllimlər Cavanşir Məmmədzadə və Maya Fərəcova xüsusi diplom və xatirə hədiyyəsi ilə təltifatlandırılmışdır. Təltifatlandırılma mərasimində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri İbrahim İbrahimi, Bakıda rəsmi səfərdə olan İran İslam Respubklikasının Mədəniyyət və İslami Əlaqələr təşkilatının sədri Əbuzər İbrahim Türkəman, AMEA-nın vitse-prezidenti akad. İsa Həbibbəyli, AMEA Əlyazmalar İnstitutunun direktoru akad. Teymur Kərimli və b. iştirak etmişdir.
