Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə növbəti iclas keçirilib
26/12/201623 dekabr 2016 -ci il tarixində Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə tədris işləri üzrə dekan müavini C.N.Məmmədzadənin iştirakı ilə payız yarımili ərzində geniş tərkibdə üçüncü iclas keçirilmişdir. İclasda 2016-2017-ci tədris ilinin payız yarımili üzrə imtahanların keçirilməsi, dərs jurnallarının qaydalara müvafiq tamamlanması, müvafiq fənlər üzrə mənimsəmə göstəricilərinin hesablanması, imtahanların təşkili və keçirilmə qaydaları və s. məsələlər barədə təlimatlandırılmışdır. İclas qrup nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşmışdır.
